08:09 şənbə, 23 Mart 2019
İDMAN

Azərbaycan klubundan transfer bombası - Ulduz futbolçu ilə danışıqlar aparılır

13:40, 14.03.20193396
Azərbaycan klubundan transfer bombası - Ulduz futbolçu ilə danışıqlar aparılır
"Səbail" Futbol Klubu dünya şöhrətli Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.

Peşəkar karyerasına Fransa "Bastia"sında başlayan Esyen ən çox oyuna İngiltərənin "Çelsi" klubunda çıxıb.

Yarımmüdafiəçi "Çelsi" formasında 168 oyunda 19 qol vurub.

O, İspaniya paytaxtının "Real" və İtaliya nəhəngi "Milan"ın da şərəfini qoruyub.
XƏBƏR LENTİ