02:54 şənbə, 24 Avqust 2019
İDMAN

"Azərbaycan məni təəccübləndirmədi" - Marko Rossi

22:59, 08.06.20198210
Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində millimizə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, o, əvvəlcə matç haqda fikirlərini bildirib.

- Bəzi epizodlarda əziyyət çəkdik. İlk hissədə belə anlar oldu. Amma ikinci hissəni daha yaxşı keçirdik. İkinci hissədə qol imkanları yaratdıq və dəyərləndirdik. Bundan sonra da çoxlu qol şansımız oldu. İki top fərqi ilə önə keçəndən sonra daha ehtiyatlı oynamağa başladıq və növbəti matç barədə fikirlər yarandı.

Oyunun sonunda nə baş vermişdi?

- Oyun ərzində texniki zonanı iki dəfə istəmədən keçmişəm. Həmin epizodda aut bizim lehimizə verilməli idi. Futbol elə oyundur ki, hər an hər şey baş verə bilər. Hakimlər də başa düşməlidirlər ki, biz teatrda və ya tennis oyununda deyilik. Futbol çox emosional oyundur.

- Azərbaycan millisi sizin gözlədiyinizdən yaxşı, yoxsa pis oynadı?

- Komandanız məni təəcübləndirmədi. Rəqibin oyuna köklənməsi yaxşı idi. Azərbaycanlı futbolçular hər top uğrunda döyüşürdülər. İlk hissədə təkbətək mübarizədə üstün idilər. İsrafilovsuz 4-2-3-1-lə, Nazarovla oynayacaqlarını düşünürdüm. Nazarov və Mədətovla təhlükəli olacaqlarını düşünürdüm. Həmin cinahdakı müdafiəçimiz yaxşı oynadı.

- Oyunu izləyənlər arasında Macarıstanın baş naziri də var idi. Matçdan sonra o, sizinlə görüşdümü?

- Xeyr, görüşməmişəm. Federasiya rəhbərinin burda olduğunu bilirdim. Amma baş naziri görməmişəm.
XƏBƏR LENTİ