18:29 Bazar Günü, 16 Iyun 2019
İDMAN

"Azərbaycan millisi də öz sözünü deyəcək" - Fransanın baş məşqçisi

15:31, 03.01.20194370
Seçmə mərhələnin oyunları sentyabrda başlayacaq. Əvvəlcə İsveçrə ilə qarşılaşacağıq. Son vaxtlar bu komanda çox yaxşı çıxış edir. Deyərdim ki, qrupda ən ciddi rəqibimizdir.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri Fransanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Silven Ripoll deyib. Yerli federasiyanın rəsmi saytına müsahibə verən 47 yaşlı mütəxəssis AÇ-2019-un seçmə mərhələsində qrupda qarşılaşacaqları rəqibləri dəyərləndirib:

"Qrupumuzdakı digər komandalar - Slovakiya, Gürcüstan, Azərbaycan və Lixtenşteyn də öz sözlərini deyəcək və uğur qazanmağa çalışacaqlar. Zəif rəqib yoxdur, hər biri özlüyündə bizə çətinlik yarada bilər. İndiki məqamda əsas hədəfimiz Avropa çempionatıdır. Bundan sonra gələcək haqda düşünmək üçün vaxt olacaq".

Qeyd edək ki, U-21 millimiz AÇ-2019-un seçmə mərhələsində Fransa ilə yanaşı, Slovakiya, Gürcüstan və Lixtenşteynlə eyni qrupda yer alıb.
XƏBƏR LENTİ