02:06 çərşənbə Axşamı, 17 Sentyabr 2019
İDMAN

Azərbaycan millisi PES-2020-də yer alacaq

14:26, 21.08.20193280
Azərbaycan millisi PES-2020-də yer alacaq

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Konami Digital Entertainment Co., Ltd.  şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

AZXEBER.COM xəbər verir ki, müqaviləyə uyğun olaraq, eFootball PES 2020 konsol oyununda Azərbaycan millisinin əqli mülkiyyətindən (komanda adı, loqo, oyun forması və s.) istifadə hüquqları verilib.

 

Azərbaycan yığması eFootball PES seriyasında olacaq və müqavilə 2019-2020-ci il futbol mövsümünü əhatə edəcək.

UEFA AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarının təbliğatı və kubok turu çərçivəsində eFootball üzrə müxtəlif turnirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin üzvləri futbol azarkeşləri arasından seçiləcək Azərbaycan komandası UEFA eEURO 2020 çempionatında iştirak edəcək.

XƏBƏR LENTİ