05:35 Bazar Ertəsi, 18 Iyun 2018
SİYASƏT

Azərbaycan Myanma müsəlmanlarına 100 ton yardım göndərdi - YENİLƏNİB

18:10, 08.09.20177302
Azərbaycan Myanma müsəlmanlarına 100 ton yardım göndərdi - YENİLƏNİB
Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən bu gün Azərbaycan hökuməti tərəfindən humanitar yardım göndərilib.
 
AZXEBER.COM-un məlumatına görə, humanitar yardım "SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə yol salınıb.
 
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, Banqladeşdə sığınacaq tapmış Rohingya müsəlmanlarına ümumilikdə 100 ton humanitar yardım göndərilib: "Yardıma 20 ton şəkər tozu, 10 min litr qarğıdalı yağı, 10 min litr günəbaxan yağı, 10 ton qatılaşdırılmış süd, 10 ton mal əti konservi, 10 ton makaron, 10 ton vermişel və 20 ton un daxildir".
 
Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə ərazidən qaçmağa çalışır. Bölgədə humanitar fəlakət yaşanır.
XƏBƏR LENTİ