xari

Azərbaycan Premyer Liqasında növbəti turun üç oyunu təxirə salındı

İDMAN
20:38 03.12.2020
530

Azərbaycan Premyer Liqasının XII turunun 3 qarşılaşması təxirə salınıb.

AZXEBER.COM Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 5-də keçirilməli olan "Sabah” – "Neftçi” və "Keşlə” – "Səbail”, eləcə də dekabrın 6-da keçirilməli olan "Zirə” – "Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun koronavirusa yoluxması səbəbindən baş tutmayacaq.

Görüşlərin tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.

XII turun "Qəbələ” – "Qarabağ” oyunu isə dekabrın 6-sı saat 16:00-da "Azersun Arena”da baş tutacaq.

OXŞAR XƏBƏRLƏR