18:13 çərşənbə, 19 Dekabr 2018
İQTİSADİYYAT

Azərbaycan Prezidenti yaşayış məntəqələrinin qazlaşdırılmasına 100 milyon manat ayırıb

18:31, 05.03.20181522
Azərbaycan Prezidenti yaşayış məntəqələrinin qazlaşdırılmasına 100 milyon manat ayırıb

Prezident İlham Əliyev "Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. 

AZXEBER.COM-un məlumatına görə, sərəncamla 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılmışdır.

Əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılmış və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilmişdir.

Yaşayış məntəqələrinin qazlaşdırılması işini davam etdirməyin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 

XƏBƏR LENTİ