19:00 Cümə Axşamı, 14 Dekabr 2017
İDMAN

Azərbaycan şahmat üzrə Avropa çempionu oldu – YENİLƏNİB

22:23, 06.11.20172158
Azərbaycan şahmat üzrə Avropa çempionu oldu – YENİLƏNİB
Şahmat üzrə Azərbaycan yığması Yunanıstanda keçirilən Avropa komanda çempionatının qalibi olub.
 
AZXEBER.COM- un məlumatına görə, son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla yekunlaşdırıb. Almaniyaya qalib gələn Rusiya komandası da xallarını sayını 14-ə çatdırıb.
 
Bununla belə, əlavə əmsalların cəminə görə Azərbaycan yığması Rusiyadan üstün olaraq turnirin qalibi adını qazanıb.
 
20:24
 
Azərbaycanın kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında mübarizəni davam etdirir.
 
Azərbaycan şahmatçıları sonuncu turda Ukrayna komandası qarşılaşıblar
 
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv cütlüklərinin hamısı heç-heçə oynayıblar.
 
Doqquz turdan sonra Azərbaycan komandası 14 xalla çempionata liderlik edir. Turnirin qalibi isə Rusiya-Almaniya qarşılaşmasından sonra bəlli olacaq.
0
XƏBƏR LENTİ