17:22 çərşənbə Axşamı, 19 Noyabr 2019
SOSİAL

Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olur

12:19, 18.08.20194441
Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olur
18 avqust tarixində Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb.

Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

Mərhum dövlət başçısı Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
XƏBƏR LENTİ