08:19 Bazar Günü, 17 Dekabr 2017
İDMAN

Azərbaycan Skautlar Assosasiyasının prezidenti İlyas İsmayıllı: Bu, bizim üçün ən vacib məsələdir

17:21, 08.08.2017324
Azərbaycan Skautlar Assosasiyasının prezidenti İlyas İsmayıllı: Bu, bizim üçün ən vacib məsələdir
Azərbaycan Skautlar Assosasiyasının prezidenti İlyas İsmayıllı Qəbələdə keçirilən və 120 Milli Skaut Təşkilatından 320 nümayəndənin iştirak etdiyi 13-cü Ümumdünya Skaut Gənclər Forumu barədə fikirlərini bölüşüb.

AZXEBER.COM-un məlumatına görə, o bildirib ki, Azərbaycanda Ümumdünya Gənc Skautlar Forumu və Ümumdünya Skautlar konfransının keçirilməsi bizim ictimaiyyətin Skaut Hərəkatına diqqətini cəlb edib.

"Azərbaycan Skautlar Assosasiyası 1997-ci ildə yaradılıb və 2000-ci ildən Ümumdünya Skautlar Hərəkatı Təşkilatının üzvüdür. 20 illik fəaliyyətimiz dövründə biz şəxsiyyətin hərtərəfli inkişafına istiqamətlənmiş , müstəqil həyata hazır olan skautinqin inkişafında nəzərəçarpan irəliləyişlər əldə etmişik. 2014-2017-ci illər arası assosiasiya 210 yerli skaut layihə və proqramlarını uğurla reallaşdırıb, hərəkatın ən fəalları isə bütün mötəbər beynəlxalq tədbirlərdə iştirak edib və ölkəmizi layiqincə təmsil edib”.

İlyas İsmayıllı bildirib ki, bundan əlavə, assosiasiya öz üzvləri üçün illik proqramlar və yay düşərgələri təşkil edir. Həmçinin Azərbaycanın skautinqini regional və beynəlxalq tədbirlərdə təmsil edir. 

"Bizim sıralarımızda 16 regiondan 1750 üzv var və böyüməyə imkanlarımız tükənməyib. Çünki bəzi ölkələrdə skautların sayı bir milyon və daha çox təşkil edir. Skautinqin mahiyyəti cəmiyyət üçün vətənpərvər cəmiyyətin, şüurlu vətəndaşların tərbiyələndirilməsidir.

Buna görə bir çox ölkələrdə dövlət tərəfindən onlara hərtərəfli dəstək göstərilir. Fikrimcə, Azərbaycanda bu, bir nömrəli, əhəmiyyətli məsələdir. Çünki skautinq  böyüyən nəslin asudə vaxtının səmərəli təşkilini təmin etməyə, gəncləri düşünülməmiş addımlar və şübhəli məşğuliyətlərdən  yayındırmağa yardım edir”.
0
XƏBƏR LENTİ