BAKU AZƏRBAYCAN
14°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

Azərbaycan vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti 90 günədək uzadılacaq

Azərbaycan vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti 90 günədək uzadılacaq
SOSİAL
14:09 27.02.2020
1447
Türkiyə və Azərbaycan vətəndaşlarının vizasız qalma müddəti uzadılacaq.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
 
O xatırladıb ki, fevralın 25-də Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekununda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş” imzalanıb.

"İki ölkə vətəndaşlarının qarşılıqlı olaraq vizasız qalma müddəti 30 gündən 90 günə qədər artırılacaq. Bununla da qarşılıqlı səfərlər asanlaşacaq”, - deyə səfir qeyd edib.

OXŞAR XƏBƏRLƏR