22:21 Cümə, 23 Fevral 2018
SİYASƏT

Azərbaycan xalqı Əli Kərimli və ətrafına güvənmir: Sosial şəbəkədə açıq sorğu keçirildi

12:47, 09.10.20173292
Azərbaycan xalqı Əli Kərimli və ətrafına güvənmir: Sosial şəbəkədə açıq sorğu keçirildi
Xəbər verdiyimiz kimi, "instagram" sosial şəbəkəsində yeni funksiya işə salınıb.
 
AZXEBER.COM-un məlumatına görə, sosial şəbəkədə açıq sorğular etmək mümkündür.
 
Portalımızın 110 minlik rəsmi "instagram" səhifəsində "Azərbaycan müxalifətinə inanırsınızmı?" adlı sorğu keçirilib. 
 
Sorğuda 24 saat ərzində 10 minə yaxın insan iştirak edib. Respondentlərin 71%-Azərbaycan müxalifətinə və onun liderlərinə "inanmıram" cavabını veriblər.
 
Cəmi 29% insan müxalifətə inandığını deyiblər.
 
Qeyd edək ki, sorğu açıq tiplidir və səsverənlərin ad, soyadları göstərilir. Tam şəffaf şəkildə baş tutan sorğu bir daha onu göstərir ki, Əli Kərimli və ətrafı etimad limitini tükədib və xalqın dəstəyini tamamilə itirib. 
 

0
XƏBƏR LENTİ