06:42 Bazar Ertəsi, 22 Yanvar 2018
TOP4

"Azərbaycan yenidən məzənnəni idarə etməyə başlayıb" - "Fitch” məlumat yaydı

17:26, 12.01.2018821
"Azərbaycan yenidən valyuta məzənnəsini aktiv şəkildə idarə etməyə başlayıb”.
 
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu məlumatı "Fitch” beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research” araşdırma şirkəti yayıb.

"BMI Research”in Avropa ölkələri üzrə risk Departamentinin rəhbəri Lukas duş Santuş bildirib ki, "bu addım, iqtisadiyyatda zəruri olan struktur dəyişiklikləri gecikdirir və valyuta ehtiyatlarının axıb getməsinə səbəb olur”.

"Dalğalı məzənnə rejimindən geri addım atılması neft və qaz qiymətlərinin artmasından sonra ölkənin yenidən köhnə üsullara qayıtmaq istədiyini göstərir. Bununla yanaşı, Beynəlxalq Valyuta Fondu (IMF) da Azərbaycan üzün çevik məzənnə siyasətinin vacib olduğunu bildirib. Fond bildirib ki, Azərbaycan 2016-cı ilin sonunda "McKinsey&Co.” konsaltinq şirkəti tərəfindən hazırlanan iqtisadi islahatlarla bağlı yol xəritəsində nəzərdə tutulduğu kimi, manatın məzənnəsinin sərbəst üzməsinə imkan verilməlidir”, – deyə sənəddə qeyd olunub.
0
XƏBƏR LENTİ