02:02 çərşənbə Axşamı, 21 Avqust 2018
Maqazin

"Azərbaycana bu geyim tərzini mən gətirdim" - Cavanşir Məmmədov

14:03, 09.08.20182498
"İndi əynimdəki pencəyə də irad tuturlar. Zövqü yoxdur, modadan xəbərsizdilər. O qədər görən kor gözlər var ki... Bu pencəyi 250 dollara almışam. İkisinə 500 dollar ödəmişəm. Efirdə görüb, sosial şəbəkədə ələ salırlar”.

Bu sözləri əməkdar artist Cavanşir Məmmədov "5/5” verilişində deyib. Müğənni geyimlərini tənqid edənlərə cavab verib:

"Normal yay geyimidir, burada nə var? Qınamalı deyillər. Kənd, şəhər və dünya modası var. Dünya modası ilə efirə çıxa bilərsən. Azərbaycana bu geyim tərzini mən gətirdim. Evdə də mənim geyimimə fikir verirlər. Bu kostyumu həyat yoldaşım Xalidə xanım geyindirib. Məni dost kimi bəyənən zəng vurub sözünü desin. Lazım gəlsə, çağırıb elə efirdə qulağının dibindən sillə vuracam. Əgər bir cinayəti görürəmsə, cəzasını çəkməyə hazıram. Türməyə də, toya da Cavanşir Məmmədov kimi gedəcəm. Cavanşir Məmmədov 1983-cü ildən nə qədər yeri gəzib. Sənəti bilirik, bizim qırmızı işığımız yoxdur”.
 
///Axşam.az
XƏBƏR LENTİ