06:45 Cümə, 15 Dekabr 2017
Maqazin

Azərbaycana payız gəlib

11:36, 23.09.2017275
Azərbaycana payız gəlib
Azərbaycana payız gəlib.
 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də qeydə alınıb.
 
Bununla da yay fəsli baş çatıb və ölkə ərazisinə payız fəsli daxil olub.
 
Qış fəsli isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək.
 
Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:28-də, yay fəslinin gəlişi isə iyunun 21-i Bakı vaxtilə saat 08:24-də qeydə alınıb.
0
XƏBƏR LENTİ