04:25 çərşənbə, 26 Sentyabr 2018
SAĞLAMLIQ

Azərbaycanda 1 yaşadək uşaqların əsas ölüm səbəbləri açıqlandı

22:35, 30.05.20185673
Azərbaycanda 1 yaşadək uşaqların əsas ölüm səbəbləri açıqlandı
Azərbaycanda 1 yaşadək olan uşaqların əsas ölüm səbəbləri açıqlanıb.

Trend-in məlumatına görə, 2017-cı ildə Azərbaycanda 1 yaşadək 1700 uşaq dünyasını dəyişib ki, onların 993-ü oğlan, 707-si qızdır.

2016-cı ildə ölkədə 999-u oğlan, 667-si qız olmaqla 1666 uşaq, 2015-ci ildə isə 1220-si oğlan, 813-ü qız olmaqla ümumilkdə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.

1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1028 nəfər (2016-cı ildə 1090) körpə dünyasını dəyişib.

Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri tutur ki, bu səbəbdən ötən il 235 (2016-cı ildə 173 körpə) ölüb.

Ötən il anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 155 (2016-cı ildə 151 körpə), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 12 (2016-cı ildə 7) körpə ölüb.

XƏBƏR LENTİ