01:54 çərşənbə Axşamı, 11 Dekabr 2018
SOSİAL

Azərbaycanda 12 yaşla oğlanla 14 yaşlı qızın evlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

14:29, 11.05.20187040
Azərbaycanda 12 yaşla oğlanla 14 yaşlı qızın evlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Yevlax rayonunda 12 yaşlı oğlanla, 14 yaşlı qızın ailə həyatı qurması ilə bağlı məlumat yayılıb.

 

Məlumata görə, hadisə  Cirdaxan kəndində baş verib.

 

Məsələ ilə bağlı Cirdaxan Bələdiyyə sədri Qiyas Həsənov açıqlama verib. O, həmin toyun bələdiyyə sədri olduğu kənddə deyil, rayonun başqa ərazisində baş tutduğunu qeyd edib:


"Yayılan fotodan xəbərimiz var. Sözügedən toy bizim kənddə olmayıb. Həmin toy rayonun başqa ərazisində, qaraçılar yaşayan ərazidə baş tutub. Məndə olan məlumata görə, o şəkil qaraçı toyunda şəkilib”.


Məsələ ilə bağlı DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZXEBER.COM-a məlumat verilib. Məlumata görə, sözügedən fotoşəkil həqiqəti əks etdirmir:


"Apardığımız araşdırmalar nəticəsində Yevlax şəhərində belə bir toy mərasiminin baş tutmadığı aşkar edilib. Məlumat yalnışdır. Yevlax şəhərində fotoşəkildəki şəxslər yaşamırlar". 

 


XƏBƏR LENTİ