17:54 Bazar Ertəsi, 25 Iyun 2018
İQTİSADİYYAT

Azərbaycanda 3 bank filialı ləğv olunur

11:28, 06.04.2017825
Azərbaycanda 3 bank filialı ləğv olunur
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının (DŞ) 5 aprel 2017-ci il tarixli qərarına əsasən "Bank VTB (Azerbaijan)" ASC-nin "Azadlıq” və "Sumqayıt” filiallarına və "Nikoil Bank” ASC-nin "Masallı” filialına verilmiş icazələr ləğv edilib.

Bu barədə Palatadan bildirilib.

Məlumata görə, banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib.

DŞ "Banklar haqqında” qanunu və Palatanın nizamnaməsini rəhbər tutaraq "Bank VTB (Azerbaijan)”ın "Azadlıq” filialına verilmiş 01.08.2014-cü il tarixli, 162/9 saylı və "Sumqayıt” filialına verilmiş 05.11.2014-cü il tarixli, 162/13 saylı icazələri, həmçinin "Nikoil Bank”ın "Masallı” filialına verilmiş 25.06.2014-cü il tarixli, 203/19 saylı icazəni ləğv edib.

İclasda, həmçinin "Azərpoçt” MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazəsinin ləğvi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib. Palata "Poçt haqqında” qanuna əsasən qeyd olunan poçt şöbəsinə verilmiş 26.08.2010-cu il tarixli, 1-MO/Ş-149 saylı icazənı ləğv edib. 
 
XƏBƏR LENTİ