10:25 Bazar Günü, 19 May 2019
SOSİAL

Azərbaycanda 35 yaşlı müəllimə özünü çaya atdı - Axtarılır

21:48, 24.04.20196977
Azərbaycanda 35 yaşlı müəllimə özünü çaya atdı - Axtarılır
Salyanda bir nəfər çayda batıb.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Salyan rayonunun Seyidsadıqlı kəndində 1 nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

***

Virtualaz.org-un məlumatına görə, kəndin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova özünü evlərinin yaxınlığından keçən Akkuşa çayının körpüsündən suya ataraq intihar edib.

Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi olduğu deyilir.

Hazırda özünü suda batırmış qadının cəsədinin tapılması üçün üçün FHN-in dalğıc-xilasediciləri tərəfindən axtarış işləri aparılır.Hadisə yerinə yerli icra və  hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib.
XƏBƏR LENTİ