04:52 çərşənbə, 25 Aprel 2018
SOSİAL

Azərbaycanda 45 min müəllimin maaşı artırılacaq - 2018-də

15:30, 21.12.2017835
Azərbaycanda 45 min müəllimin maaşı artırılacaq - 2018-də

2017-ci ildə diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları 2018-ci ilin yanvar ayından artırılacaq.

Bu haqda Təhsil Nazirliyinin 2017-ci il üzrə təqvim ilinin təhsil xronikasında məlumat verilib.

2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqısı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub. Bu il 45 minə yaxın müəllim diaqnostik qiymətləndirmədə iştirak edib. Bununla da 145 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb.

0
XƏBƏR LENTİ