19:28 Bazar Günü, 15 Dekabr 2019
KRİMİNAL

Azərbaycanda 55 yaşlı kişi 8 yaşlı qıza təcavüz etdi

11:12, 22.07.20193896
Azərbaycanda 55 yaşlı kişi 8 yaşlı qıza təcavüz etdi

Sumqayıt şəhərində 55 yaşlı kişi 8 yaşlı qızı oğurlayaraq zorlayıb.

Hadisə bir neçə gün öncə şəhərin 17-ci mikrorayonunun ərazisində baş verib. 8 yaşlı qız nənəsigilə qonaq gəlibmiş, öz evlərinə geri qayıdarkən yolda 55 yaşlı kişi ilə rastlaşıb. Həmin şəxs uşağa şirnikləndirici vədlər verərək aldadıb və yaxınlıqda yerləşən restoranın arxasındakı zirzəmiyə apararaq bir gecə orada saxlayıb. 

 

Sumqayıt şəhər prokurorluğundan "Qafqazinfo”ya bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

 

Qafqazinfo

XƏBƏR LENTİ