12:28 şənbə, 18 Yanvar 2020
SOSİAL

Azərbaycanda ana və uşaq piyada keçidində ölümlə üz-üzə qaldı - ANBAAN VİDEO

16:27, 13.01.20205768
Azərbaycanda ana və uşaq piyada keçidində ölümlə üz-üzə qaldı - ANBAAN VİDEO
Azərbaycanda baş verən piyadanın vurulması ilə nəticələnən dəhşətli yol qəzası kameraya düşüb. 

Piyada keçidində avtomobillər dayanıb və piyadalar keçidə daxil olub. Ana və azyaşlı uşaq da keçiddən keçməyə çalışıblar.

Bu zaman arxadan gələn yük maşını "Niva”ya çırpılıb. Zərbənin gücündən "Niva” qarşıdakı "Mercedes”ə dəyib. Ardınca isə çevrilərək artıq yolun bir hissəsini keçən ana və uşağı vurub. Yolun ortasında plasmas arakəsmə olduğu üçün piyadalar avtomobil və arakəsmə arasında qalıblar. Bu isə onların ağır xəsarət almasına maneə olub. 
 
\Avtosfer.az
 

XƏBƏR LENTİ