23:15 Cümə Axşamı, 19 Sentyabr 2019
SOSİAL

Azərbaycanda bağçada yanğın - uşaqlar təxliyə edildi

14:55, 22.05.20193188
Azərbaycanda bağçada yanğın - uşaqlar təxliyə edildi
Sumqayıt şəhərində yanğın olub.

AZXEBER.COM ONA-ya istinadla xəbər verir ki, yanğın şəhərin 1-ci mikrorayonunda yerləşən 13 saylı bağçada qeydə alınıb. İstifadəyə yararsız olan və keçid kimi istifadə olunan dəhlizdə taxta tullantıları 20 kvadratmetr sahədə yanıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Bağçada olan uşaqlar təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.  

XƏBƏR LENTİ