01:26 Cümə, 19 Yanvar 2018
TOP4

Azərbaycanda baş redaktor həbs edildi

13:31, 12.05.2017668
Azərbaycanda baş redaktor həbs edildi
Ağdamda şantajla məşğul olan redaktor tutulub
 
AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 10-da vətəndaş R. Qasımov Ağdam RPŞ-yə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin ona zəng edərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini deyib. R. Qasımov həmin şəxsin ondan 150 manat pul verməsini tələb etdiyini bildirib.
 
Ağdam RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə zəng edərək hədə-qorxu gəlməkdə şübhəli bilinən "Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunmuş Etibar Əliyev tutulub.
0
XƏBƏR LENTİ