02:39 Cümə, 23 Fevral 2018
Manşet

Azərbaycanda bəzi saytlar rəsmən bloklandı - SİYAHI

16:01, 12.05.2017867
Azərbaycanda bəzi saytlar rəsmən bloklandı - SİYAHI

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin azadliq.info, azadliq.org, azərbaycansaati.com, Meydan.tv saytlarını, "Turan” telekanalı (Turan TV) və "Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə başa çatıb.

 

Səbael rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi  ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, qeyd olunan saytlar bloklanıb. Rabitə Naziliyinin tələbi qəbul edilib.

 

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq” qəzetinin azadliq.info, "Azadlıq” radiosunun azadliq.org saytları, həmçinin, azərbaycansaati.com, Meydan.tv saytlarını, "Turan” telekanalı (Turan TV) və "Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.


///lent.az
0
XƏBƏR LENTİ