13:34 çərşənbə Axşamı, 20 Fevral 2018
KRİMİNAL

Azərbaycanda bir gündə 101 cinayət törədilib

22:08, 23.08.2017471
Azərbaycanda bir gündə 101 cinayət törədilib
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 21-i "isti izlər”lə açılıb.
 
AZXEBER.COM DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər tutulub
0
XƏBƏR LENTİ