15:32 Bazar Ertəsi, 18 Iyun 2018
SOSİAL

Azərbaycanda bu sahələr üzrə alimlərin hazırlanmasına ehtiyac var - Nazir açıqladı

13:00, 24.10.2017387
Azərbaycanda bu sahələr üzrə alimlərin hazırlanmasına ehtiyac var - Nazir açıqladı

"Hazırda Azərbaycanda təhsilalan doktorantların əksəriyyəti humanitar, sosial və iqtisadiyyat sahələrinin payına düşür. Lakin milli iqtisadiyyatımızın prioritetləri texnoloji, texniki, təbiət və kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasına xüsusi diqqətin yetirilməsini tələb edir".

Bunu təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ölkədə elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu olub.

"2017-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət proqramı" çərçivəsində ayrılan 3558 təqaüddən 63 faizi magistratura və doktorantura pilləsi üzrə təhsil almağa yönəldilib:"Bu, o deməkdir ki, həmin gənclər Azərbaycanda elm və təhsilin inkişafına öz töhfələrini verəcəklər.

 

M.Cabbarov əlavə edib ki, ikinci dövlət proqramının həyata keçirilməsi Azərbaycan universitetlərinin bazasında olmalıdır:"Başqa sözlə, biz dövlətin resurslarını tələbələrin magistratura və doktorantura pilləsi üzrə təhsillərini xarici ölkələrdə deyil, məhz bunun üçün müvafiq elmi və kadr potensialı olan yerli ali təhsil müəssisələrinin bazasında həyata keçirməliyik. Magistr və doktorantların ümumi təqaüdlər sayındakı 63 faiz göstəricisinin daha yüksək, yəni 85-90 faiz olacağını gözləyirik. Hazırda bu istiqamətdə hökumətdaxili müzakirələr davam edir. Hesab edirik ki, müxtəlif sahələr üzrə elmi kadr hazırlığının artırılmasına xüsusi diqqət yetirməliyik".

///Trend
XƏBƏR LENTİ