20:09 şənbə, 24 Fevral 2018
GƏNCLİK

Azərbaycanda bu təşkilatların könüllülərinə təqaüd veriləcək - SİYAHI

17:34, 18.10.2017631
Azərbaycanda bu təşkilatların könüllülərinə təqaüd veriləcək  - SİYAHI

Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstəyin ifadə edilməsi məqsədi ilə, Azərbaycan Universiteti, ASAN Könüllüləri Təşkilatı, və "Azərbaycan Universitetləri” təhsil-facebook səhifəsinin (https://www.facebook.com/eduaz/) təşəbbüsü ilə ali məktəb tələbələrinin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsi və onların şəxsi inkişafına dəstək məqsədi ilə təsis olunan "Könüllü” tələbə-təqaüd proqramının qəbul şərtləri açıqlanıb.

AZXEBER.COM-un məlumatına görə, "Könüllü” tələbə-təqaüd proqramına ölkəmizdə fəaliyyət göstərən ail təhsil müəssisələrinin ixtisasından asılı olmayaraq təhsil alan Azərbaycan Respublikasının vətəndaşı olan tələbələri müraciət edə bilər. Qeyd edək ki, ictmai maraqlar da daxil olmaqla sosial şəbəkə istifadəçilərinin müraciətlərinə əsasən təqaüd proqramına müraciət üçün ixtisas məhdudiyyəti qoyulmayıb.

Bildirilir ki, "Könüllü”lük hərəkatının formalaşmasındakı rolunu nəzərə alaraq, təqaüd proqramında Avropa Oyunları, İslam Oyunları, Avrovizya mahnı müsabiqəsi, Bakı Şəhər Halqası Formula 1, FİFA U-17 Qadınlararası Dünya Çempionatında könüllü olan gənclərə, "Regional İnkişaf” İctimai Birliyi, IDEA İctimai Birliyi, "Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, ASAN Könüllüləri Təşkilatının, İrəli İctimai birliyinin, Gənclər üçün Təhsil Mərkəzinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGT), "Bir” Tələbə-Könüllü Proqramı və Birləşmiş Millətlər Təşkilatın könüllüsü olmuş və hazırda könüllü olan şəxslərə üstünlük veriləcək.

Müraciət üçün tələbələr tərəfindən 15 A4 formatında səhifədən ibarət, ölçüləbilən meyarlara cavab verən və rəngli (şəkilli-izahlı) pdf və ya word formatda olmaqla, 10 MB həcmi aşmayan elanda göstərilən mövüzular üzrə təqdimatlar hazırlayaraq, müvafiq elektron keçidə yüklənməlidir. Qeyd edək ki, təqdimatlar müvafiq olaraq sosial innovasiyalar, sosial xidmətlərin inkişafında informasiya texnologiyaları, kənd turizminin inkişafına aid olmalıdır.

Müsabiqə üzrə son müraciətlər 25 noyabr 2017-ci il tarixində, saat 18:00-a dək qəbul olunacaq və 5 dekabr Beynəlxalq könüllülər günü münasibəti ilə təqaüd alan tələbə könüllülər elan olunacaqdır.

Qeyd edək ki, "Könüllü” tələbə - təqaüd proqramının büdcəsi Nadir Adilov tərəfindən yazılan, Azərbaycan Universiteti Elmi Şurasının rəyi ilə nəşr edilən "Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına, müəllif tərəfindən tələbələrin təhsil imkanlarının artırılması və tələbələrin mütərəqqi ideyalarının dəstəklənməsi üçün könüllü olaraq təqdim olunur.

Təqaüd Fondunun ümumi miqdarı 3000 azn təşkil edir. Müsabiqədə qalib seçiləcək 6 tələbə könüllüyə 500 azn məbləğində birdəfəlik təqaüd veriləcəkdir. Nağdsız ödənişlərin təşviq edilməsi məqsədi ilə, verləcək vəsaitin, təhsil haqqına dəstək məqsədi ilə, tələbənin təhsil aldığı ali təhsil ocağının hesabına köçürmə yolu ilə ödənilməsi formasında ola bilər. Tələbə-könüllü təhsil haqqından azaddırsa nəzərdə tutulan vəsait tələbə-könüllünün xüsusi bank kart hesabına köçürülməsi nəzərdə tutulur.

Yayılan informasiyada tələbə və gənclərə müraciətlə bildirilir ki, onlar "Könüllü” Tələbə təqaüd proqramı müraciət üçün keçid üçün bu bölməyə daxil ola bilərlər: https://goo.gl/JsBgxg

0
XƏBƏR LENTİ