06:41 Bazar Ertəsi, 22 Yanvar 2018
KRİMİNAL

Azərbaycanda çempionu bıçaqladılar- VİDEO

11:04, 04.01.2018921
Azərbaycanda çempionu bıçaqladılar- VİDEO
Kempo üzrə Avroasiya çempionu, kikboksinq üzrə respublika çempionu Ceyhun Niyazov bıçaqlanıb.
 
1994-cü il təvəllüdlü idmançı yaşadığı Ağcabədi rayonunda Cəlil Əsədov tərəfindən hücuma məruz qalıb və ağır yaralanıb. Məlumata görə, hadisə C.Əsədovun idmançının işlətdiyi kafeyə hücum etməsindən sonra baş verib. 

AZXEBER.COM xəbər verir ki, xəbəri idmançı BakuPost.az-a təsdiqləyib. Bildirib ki, həmin şəxs kafeyə daxil olaraq, səs-küy salmağa başlayıb. Onu sakitləşdirmək istədikdə isə hadisə baş verib: "Mənə 7 bıçaq zərbəsi vurdu. Yaxşı ki, vaxtında xəstəxanaya çatdırılmışam. Ağrılarım çox olsa da, indi vəziyyətim normal qiymətləndirilir”.
 
İdmançının sözlərinə görə, hadisə dekabrın 27-də baş verib. O, xəstəxanadan evə dünən buraxılıb, amma müalicəsi davam etdirilir. 

Hadisəni törədən şəxs hələ saxlanılmayıb. Onun narkotik asılılığından əziyyət çəkdiyi bildirilir.
 
Məsələ ilə bağlı Ağcadəbi rayon Polis Şöbəsiondən münasibət öyrənmək mümkün olmayıb.
 

0
XƏBƏR LENTİ