22:59 Cümə, 06 Dekabr 2019
MƏDƏNİYYƏT

Azərbaycanda ”Dədə malı” adlı yeni komedik serial çəkilir

13:15, 09.05.20193621
Azərbaycanda ”Dədə malı” adlı yeni komedik serial çəkilir
Komediya janrında olan "Dədə malı” adlı yeni serialın çəkilişlərinə start verilib. 

AZXEBER.COM xəbər verir ki, 12 hissədən ibarət serialın rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Azər Səlimli və Elsevər Camal, prodüseri Şahin Yusifov, quruluşçu operatoru isə Mehdi Yaqubovdur. 

"ARB Media Qrup”a məxsus serialın çəkilişləri Xaçmaz rayonun füsünkar təbiəti ilə seçilən Qıraqlı kəndində, Quba rayonunda, həmçinin Bakı şəhərində aparılacaq. 

Tamaşaçılara bol gülüş vəd edən serialın baş rollarını məşhur aktyorlar Coşğun Viləş,  Rada Nəsibova, Əzizağa Əzizov, Elsəvər Camal və başqaları canlandırır. 
Ssenariyə görə uzun müddətdir ki, Bakıda yaşayan iki oğul atalarının ölümündən sonra kəndə qayıdırlar. Xeyli borcu olan qardaşlar atalarından qalan mirası-yəni "Dədə malını” necə böləcəklərinin planını qururlar. Amma atalarının vəsiyyəti onları xeyli təəccübləndirir. Belə ki, vəsiyyətə görə mirasın qardaşlar arasında bölünməsi üçün inanılmaz şərtlər yerinə yetirməlidir. Elə bütün məcaralar da bundan sonra başlayır. 

Maraqlı sujet xətti ilə fərqlənən serialda tamaşaçıları hadisələrin gözlənilməz ardıcıllığı və gülüş dolu anlar gözləyir.  

Serial iyun ayından etibarən hər cümə günü, saat 20:45-də "ARB” televiziyasında yayımlanacaq.
 

 

 

 

 

 


XƏBƏR LENTİ