17:31 Cümə Axşamı, 21 Noyabr 2019
SOSİAL

Azərbaycanda dəhşət -Ana özünü körpəsini parçalayan itin qarşısına atdı

16:12, 19.06.201919525
Azərbaycanda dəhşət -Ana özünü körpəsini parçalayan itin qarşısına atdı
Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Məmmədova Lalə Fəxrəddin qızı bədbəxt hadisə ilə üzləşib.

AZXEBER.COM sputnik.az-a istinadla xəbər verir ki, özlərinə məxsus həyətdə paltar yuyarkən qonşudan gələn it onun azyaşlı uşağına hücum edib.

Körpəsini qorumaq üçün iti qovmaq istəyən ananın özü də heyvanın hücumuna məruz qalıb. Köməksiz vəziyyətdə olsa da, Lalə Məmmədova iti həyətdən qova bilib. Ancaq, itin hücumu zamanı ana və onun körpəsi xəsarət alıb. Köpək ananın qollarını və ayaqlarını dişləyib. Körpə isə üz nahiyəsindən yaralanıb.

Ana və körpəsi dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksinləniblər.

Onların vəziyyəti kafi qiymətləndirilir. Lalə Məmmədova və körpəsi evə buraxılıb. 
XƏBƏR LENTİ