09:46 çərşənbə Axşamı, 19 Mart 2019
SOSİAL

Azərbaycanda dəhşət - Ata ehtiyatsızlıqdan 5 yaşlı oğlunu öldürdü

22:55, 12.01.20196596
Azərbaycanda dəhşət - Ata ehtiyatsızlıqdan 5 yaşlı oğlunu öldürdü
Quba rayonunda ata oğlunu ehtiyatsızlıqdan öldürüb.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, hadisə rayonun Barlı kəndində baş verib.

Kənd sakini Bəhərçin Vəliyev "QAZel” markalı avtomobili arxaya sürərkən 2014-cü il təvəllüdlü oğlu Rəvanı vurub.

Təkərin altında qalan R. Vəliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Quba rayon prokurorluğunun əməkdaşları gəlib.

Azyaşlının meyiti ekspertiza olunmaq üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Xəstəxanadan məlumatı "Qafqazinfo”ya təsdiqləyiblər.
XƏBƏR LENTİ