20:16 Bazar Ertəsi, 09 Dekabr 2019
SOSİAL

Azərbaycanda dəhşətli hadisə: 23 yaşlı oğlan bayram günü...

23:07, 20.03.201919322
Azərbaycanda dəhşətli hadisə: 23 yaşlı oğlan bayram günü...
Göyçayda 23 yaşlı oğlan çinar ağacının altında qalaraq ölüb

Göyçay şəhərinin mərkəzində bayram günü faciə yaşanıb. 
 
Hadisə bu gün axşam saat 20:00 radələrində Göyçay şəhərinin Nərimanov küçəsində qeydə alınıb.
 
Rayon sakini, 1996-cı il təvəllüdlü Kərimov Akif Asif oğlu piyada səkisində hərəkət edərkən "Oskar" marketin qarşısındakı irigövdəli cinar ağacının qurumuş budaqlarından biri qəflətən qoparaq onun başına düşüb.
 
O, ağır kəllə-beyin travması alaraq huşunu itirib. Çoxlu qan itirən Akif Kərimov yaxınlıqdakı insanların köməyi ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına göndərilib, lakin yolda dünyasını dəyişib.
 
Qeyd edək ki, ötən həftə Göyçay şəhərinin mərkəzində irigövdəli başqa bir çinar ağacı aşaraq avtomobil yolunu bağlamışdı. Həmin hadisə zamanı evlərə və insanlara ziyan dəyməmişdi. 
 




XƏBƏR LENTİ