01:59 çərşənbə, 21 Noyabr 2018
SOSİAL

Azərbaycanda dəhşətli qətl - Oğul ata və anasını baltaladı

21:57, 13.09.20186265
Azərbaycanda dəhşətli qətl - Oğul ata və anasını baltaladı
Daşkəsəndə həbsdən çıxan oğul ata və anasını baltalayıb.

AZXEBER.COM "Report"a istinadən bildirir ki, rayonun Qabaqtəpə kəndində yaşayan, 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova öz oğlu, Firdovsi İlyas oğlu Bağırov tərəfindən baltalanıblar. Hər iki şəxs baş və üz nahiyələrindən çoxsaylı ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən ər və arvadın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, F.Bağırov həbsxanadan yeni çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ