22:11 Cümə Axşamı, 21 Iyun 2018
SOSİAL

Azərbaycanda dəhşətli tələbə cinayətinin - TƏFƏRRÜATI

14:54, 13.10.20174294
Azərbaycanda dəhşətli tələbə cinayətinin - TƏFƏRRÜATI

Novxanı bağlarında meyiti tapılan şəxsin kimliyi müəyyənləşdirilib.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumta görə, bağ evində əlləri və ayaqları bağlı şəkildə meyiti tapılan şəxsin İran İslam Respublikası vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlu olduğu müəyyən edilib. Onun qətlə yetirildiyi dəqiqləşib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

 

Əldə etdiyimiz digər məlumata görə, qətlə yetirilən əcnəbi Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi olub. Onun kim tərəfindən, hansı şəraitdə, nə səbəbdən öldürüldüyü hələlik tam aydınlaşmayıb. Araşdırmalar davam etdirilir.

///lent.az
XƏBƏR LENTİ