18:17 Bazar Günü, 22 Iyul 2018
SOSİAL

Azərbaycanda əlillərin sayı açıqlanıb

18:39, 13.02.2018458
Azərbaycanda əlillərin sayı açıqlanıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. 

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, qanun layihəsini məruzə edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir: 

"Sənəddə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, iş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün ağlabatan uyğunlaşdırılması, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reabilitasiyası və abilitasiyası, məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı, mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərin müyəssərliyinin təmin edilməsi və digər məsələlər əksini tapıb. 

Bu gün ölkədə 620 min əlilliyi olan şəxs var. Bu da ölkə əhalisinin 6 faizi civarındadır. Dünyada isə bu rəqəm 10-12 faizdir. Bizdə faiz göstəricisinin az olması onu göstərir ki, bu sahədə ardıcıl işlər görülür”

XƏBƏR LENTİ