16:55 çərşənbə, 23 May 2018
İQTİSADİYYAT

Azərbaycanda ən böyük mobil telefon mağazası açıldı

11:26, 13.03.20185565
Azərbaycanda ən böyük mobil telefon mağazası açıldı

20 ildən artıq müddətdir ki, xidmət göstərən və Azərbaycanın ən böyük mobil telefon satıcısı olan "World Telecom” mağazalar şəbəkəsi öz yubileyi münasibətilə Azərbaycanda ən böyük mobil telefon dükanının açılışını həyata keçirib.

 

 


 


 

Füsunkar dizayna malik yeni "World Telecom Consept Store"mağazası Bülbül prospekti 28 ünvanında yerləşir. Buyeni mağaza artıq ən son model telefonlar, kompüterlər, planşetlər, fotoapparatlar, televizorlar, ev kinoteatrları, video-texnika, ofis texnikası və digər önəmli texnoloji məişət mallarının satışına başlayıb. "World Telecom Concept Store"da münasib və sərfəli qiymətlərlə yüksək keyfiyyətli, dünya standartlarına uyğun məhsullar əldə etmək, həmçinin satış sonrası quraşdırma və texniki xidmət servisindən də yararlanmaq mümkündür.

 


 

 

 


 

 

Qeyd edək ki, 1998-ci ildə fəaliyyətinə start verən "World Telecom” şirkətinin əsas satış arenası mobil telefonlar, fotoapparatlar, kompüterlər, aksessuarlar və başqa məhsullardan ibarətdir. Hazırda mobil telefon alış-verişi üzrə sektora liderlik edən"World Telecom” şirkətinin uğurlarını saymaqla bitməz.

 

 

 


 

 

Durmadan böyüməkdə davam edən "World Telecom”la bağlı ən son yeniliklər barədə məlumatı şirkətin rəsmi internet səhifəsi olan www.w-t.az saytından əldə etmək mümkündür.

 

XƏBƏR LENTİ