Azərbaycanda ən çox izlənilən telekanal "Star TV"-dir - SİYAHI

15 İyun 2017, 14:03
AAA
Azərbaycanda ən çox izlənilən kanalların adları bilinib. 

AZXEBER.COM-un məlumatına görə, TREND Agentliyi bununla bağlı analitik yazı yayımlayıb. Yerli kanallarımızda nəticələr belədir:
 

200 kanallıq sıralamada yeri

Kanalın adı

Ay ərzində izlənmə

saatı

2

ATV

28451

3

Xəzər TV

18787

10

AZ TV

9075

13

İdman AZ

6626

14

İctimai TV

6542

16

ARB TV

6164

23

Space TV

5470

32

Lider TV

3712

33

Mədəniyyət

3657

45

CBC

2502

48

İnter AZ

2286

65

ARB Günəş

1378

90

CBC Sport

788

Yerli kanallardan ATV liderliyini qorumaqda davam edir, 28451 saat. Ümumi 200 kanallıq siyahımızda ATV 2-ci, Xəzər TV isə 3-cü yeri tutsa da aralarında təxminən 10000 izlənmə saatı fərq var. Xatırladım ki, keçən ay bu fərq bir qədər çox, 12000 saat təşkil edirdi. Ümumi siyahıda 10 cu, yerli kanalların sırasında isə AZTV-nin 3-cü olması, və may ayı 9075 saat izlənmə göstəricisinə malik olmasının bir-neçə səbəbi var ki, onlar barədə mən ötən yazıda artıq yazmışdım. Bu ay yerli kanalların 4-cüsü isə 6542 saatla ARB TV-ni üstələməyi bacaran İdman Azərbcaycan olub. Şübhəsiz ki, 4-cü İslam Həmrəylik Oyunlarının bu kanalda yayımlanması nəticəyə təsir göstərib. Ardınca isə elə təxminən eyni göstərici ilə, (6542 izlənmə saatı) İctimai TV qərarlaşıb. ARB TV bu ay yerli kanalların siyahısında düz iki pillə geriləyərək yalnız 6-cı yerdə qərarlaşıb, 6164 saat. Kanalın ümumi siyahıdakı yeri isə 16-cıdır. Lakin onu qeyd edim ki, İdman Azərbaycan, İctimai TV və ARB TV may ayı az-çox eyni izlənmə saatı toplayıblar, hər biri 6000-dən bir qədər çox. 7-ci yerli kanal isə, Space TV-dir, 5470 izlənmə saatı ilə. Lider TV, Mədəniyyət və digərləri isə daha az izləniblər. Mədəniyyət kanalı ümumiyyətlə, aprel ayı olduğu kimi daha aşağı sırada ola bilərdi, lakin 4-cü İslam Həmrəylik Oyunlarının futbol üzrə final oyunu bu kanalda yayımlandığından may ayının nəticələri bir qədər çox olub. Məhz bunun sayəsində deyərdim ki, Mədəniyyət ötən aydakı 40-cı ümumi yerindən 7 pillə irəliləyərək 33-cü olub.

Türk kanallarına gəldikdə isə, nəticələr belədir:
 

200 kanallıq sıralamada yeri

Kanalın adı

Ay ərzində izlənib

(saat)

1

Star

35812

5

TV 8

17841

6

ATV Türk

17003

7

Show TV

14621

15

Kanal 7

6278

26

TRT 1

4591

22

TRT Çocuk

5549

47

TV 8.5

2326

42

Kral Pop

2816

56

Beyaz TV

1701

58

Power Türk

1682

*Siyhaıda FOX Türk və Kanal D yoxdur. Bu kanallar artıq Azərbaycanda yayımlanmır.

Burada ümumi siyahının lideri, aprel ayında da olduğu kimi - Star TV-dir – 35812 saat. Şübhəsiz ki, bu kanalda yayımlanan Kara Sevda serialının ölkəmizdə populyarlığının bu nəticədə rolu böyükdür. Hələ digər serialları demirəm, məsələn Cesur ve Güzel və ya Söz serialı. Acun İlıcalının kanalı, TV 8 isə ümumi siyahıda 5-ci, türk kanalları sırasında isə ötən ay olduğu kimi, 2-ci olaraq qalır - elə təxminən 2 dəfə daha az saatla, 17841. TV 8 bu nəticəyə görə yəqin ki, Survivor proqramına minnətdar olmalıdır. Ümumiyyətlə, TV8 şou kanalıdır. Burada hər zaman maraqlı şoular olur, O səs Türkiyə və Yetenek Sizsiniz də vaxtaşırı bu kanalda yayımlanır. Amma ola bilər ki, digər faktorlar da var. Bir qədər daha az izlənmə saatı ilə, ümumi siyahıda 6-cı, türk kanalları sırasında isə 3-cü olan, ATV Türk qərarlaşıb – 17003 saat. Burada da yenə də möhtəşəm türk seriallarının rolu danılmazdır. Məsələn elə həmin Eşkiya Dünyaya Hökümdar Olmaz və ya Kırqın çiçekler. Ardıcıllıqla, ümumi siyahıda 7-ci Türk kanalları sırasında isə 4-cü, Show TV-dir – 14621 saat. Bu kanalda İçerde serialı yayımlanır və populyarlıq yığmaqdadır. Digər türk kanalları isə bu 4-lükdən çox geri qalır. Ən yaxını Kanal 7-dir ki, o da cəmi 6278 saatla ümumi siyahıda 15-ci yerdədir.

Rus kanallarına baxdıqda isə nəticələr belədir:
 

200 kanallıq sıralamada yeri

Kanalın adı

Ay ərzində izlənib

(saat)

4

Первый

17891

8

НТВ

9577

9

Россия 1

9468

11

ТНТ

7941

12

СТС

6668

17

AiləTVKinozal

6082

18

ТНТ 4

6035

19

РЕН ТВ

5993

20

Nick Jr

5784

21

Nickelodeon

5728

24

Киносемья

5204

25

Кинохит

4690

27

Пятница

4381

Rus kanalları ayrı ayrılıqda əsas türk kanallarına nisbətən az baxılırlar. Lakin ümumi baxsaq siyahımızın ilk 20 rus kanalının hər biri 3000 saatdan çox baxılıb, türk kanallarından isə bu göstəriciyə yalnız 7 kanal malikdir. Buradan nəticə çıxarmaq olar ki, türk kanalları əsasən geniş kütləyə yönəliblər, rus kanalları isə daha çox spesifikdirlər.

Ötən ay olduğu kimi, ən çox baxılan tus kanalı, 1-й Канал olaraq qalır – 17891 saat. Bu isə ümumi siyahıda 4-cü yer deməkdir. Digər rus kanallarının izlənmə saatları isə daha azdır. Siyahımızın ikinci rus kanalı, НТВ, 9577 saat baxılıb və ümumi siyahıda 8-cidir. Ardınca isə siyahıda 3-cü rus kanalı, Россия 1-dir, 9468 saat. Daha populyar hesab etdiyim, ТНТ və СТС kanalları isə, ümumi siyahıda ardıcıl olaraq 11 və 12-cidilər. Hər biri təxminən 8000 - 7000 saat baxılıb.

Ötən ay olduğu kimi bu ayda uşaq kanalları, TOP-larda olmasalar da hər 3 dil kateqoriyasında orta yerlərini qoruyurlar. Uşaq kanalların cədvəli belədir:
 

200 kanallıq sıralamada yeri

Kanalın adı

Ay ərzində izlənib

(saat)

20

Nick Jr

5784

21

Nickelodeon

5728

22

TRT Çocuk

5549

29

Cartoon Net..

3828

30

Disney RUS

3799

31

Карусель

3712

54

Tiji

1875

62

Planet Çocuk

1419

64

Minika Çocuk

1380

65

ARB Günəş

1378

TOP 10 uşaq kanalları sırasında 6 rus, 3 türk və 1 Azərbaycan kanalı var. May ayının ən baxımlı uşaq kanalı rusdilli Nick Jr olub, 5784 saat. Ötən ayın birincisi rusdilli Nickelodeon isə cüzi fərq ilə, uşaq kanalları sırasında ikincidir, 5728 saat. Türk dilində olan ən baxımlı uşaq kanalı isə bu ay TRT Çocuk olub, 5549 saat. Siyahıda növbəti uşaq kanalları isə müvafiq olaraq 3828, 3799, 3712 saat ilə Cartoon Network, Disney Rus və Карусель qərarlaşıblar. Daha sonra isə 1875, 1419, 1380 saat ilə Tiji, Planet Çocuk və Minika Çocuk kanalları yer alırlar. Top 10 Uşaq kanalları siyahısını isə doğma dilimizdə yayımlanan ARB Günəş kanalı qapayır, 1378 səs.
 

Oxunma sayı : 9691

SON XƏBƏRLƏR
Nadir Qafarzadə: “Yoxsan yanımda” - VİDEO - 26 Sentyabr 2017, 23:38
Bakıda azyaşlı uşaq avtobusda konduktorluq edir - VİDEO - 26 Sentyabr 2017, 23:29
Barzaninin televiziyası Naxçıvanı "Kürdüstan"ın ərazisi kimi təqdim etdi - FOTOFAKT - 26 Sentyabr 2017, 23:29
Bakıda avtomobil hərəkətdə olan zaman alovlandı — VİDEO - 26 Sentyabr 2017, 23:19
““ATV Səhər” və “Yoxlama” verilişləri bağlanıb, üç nəfər işdən çıxmaq üçün müraciət edib" - ATV-nin yeni prezidenti - 26 Sentyabr 2017, 23:14
Ərlərini və sevgililərini döyən məşhur qadınlar - fotolar - 26 Sentyabr 2017, 22:41
Məşhur aviaşirkət müflis oldu - 26 Sentyabr 2017, 22:10
Vüqar Qaradağlı işdən niyə çıxarıldı? — MTRŞ-dan açıqlama - 26 Sentyabr 2017, 21:53
““Qarabağ”da Mahirdən də təhlükəli oyunçular var” - “Roma”nın baş məşqçisi - 26 Sentyabr 2017, 21:29
Bakıda pulsuz “Wi-Fi” olan ərazilər genişləndi — TAM SİYAHI - 26 Sentyabr 2017, 21:01
İran qərb sərhədlərinin mühafizəsini gücləndirib - 26 Sentyabr 2017, 20:35
Almaniyada gözlənilməz istefa - 26 Sentyabr 2017, 20:30
Maşın kanala aşdı - Sürücüsü komaya düşdü - 26 Sentyabr 2017, 20:16
Onlar əməkdar artist oldular - 26 Sentyabr 2017, 20:05
Salyana 3 milyon manat ayrıldı - 26 Sentyabr 2017, 19:54
Prezident bu şəxslərə “Tərəqqi” medalı verdi - SİYAHI - 26 Sentyabr 2017, 19:45
Gəncədə “Dubay bazarı”nda qız üstündə iki nəfəri bıçaqladılar - 26 Sentyabr 2017, 19:25
"ATV rəhbərliyi müğənniləri toyda pulsuz oxutdururdu" - Nura - 26 Sentyabr 2017, 19:22
Qurban Qurbanovdan Roma ilə oyundan öncə ilk AÇIQLAMA: "Bu dəfə daha yaxşı hazırlaşmışıq" - 26 Sentyabr 2017, 19:06
Şəhidimizin oğlu dünyaya gəldi - Oğlu onun adını daşıyacaq - 26 Sentyabr 2017, 19:02
Yazıçılar Birliyindən Namiq Məna ilə bağlı açıqlama - 26 Sentyabr 2017, 19:01
Bərzaninin gizli toplantısının detalları - Kərkük paytaxt olur, PKK ilə... - 26 Sentyabr 2017, 18:59
"ATV-dəki verilişlərin bağlanması yerində atılmış addımdır" - Nuşirəvan Məhərrəmli - 26 Sentyabr 2017, 18:58
""Roma"ya fəlsəfəmizi göstərməyə çalışacağıq" - Qurban Qurbanov - 26 Sentyabr 2017, 17:38
Gəncədə Sirena Motors şirkətinin sərgi satış salonu və servis mərkəzi açıldı - 26 Sentyabr 2017, 17:29
ATV-də nə baş verir? - Yeni prezident son vəziyyəti açıqladı - 26 Sentyabr 2017, 17:24
“Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi” mövzusunda tədbir keçirildi - 26 Sentyabr 2017, 17:15
Şəhidimizin övladı dünyaya gəldi - 26 Sentyabr 2017, 17:07
Azərbaycanlı tələbəni yeyən ər-arvadın evindən görüntülər - Video - 26 Sentyabr 2017, 16:53
ATV-nin 32 əməkdaşı işdən çıxarıldı - Aralarında rəhbər şəxslər də var - 26 Sentyabr 2017, 16:35
MTRŞ-dan ATV-nin rəhbərliyinin dəyişdirilməsinə - Münasibət - 26 Sentyabr 2017, 16:28
Qənirə Paşayevanın Kırşehirdə Qarabağ parkının açılmasını təklif etdi - 26 Sentyabr 2017, 16:20
“Roma” klubu Bakıda - FOTOLAR - 26 Sentyabr 2017, 16:16
Dollar ucuzlaşdı - 26 Sentyabr 2017, 15:53
Təhsil Nazirliyindən əməkdar müəllimin işdən çıxarılmasına münasibət - 26 Sentyabr 2017, 15:38
"Proqramlar nəzərdən keçirilir" - ATV-nin yeni rəhbəri - 26 Sentyabr 2017, 15:20
Azərbaycan daha bir nəfəri “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdi - 26 Sentyabr 2017, 15:15
Bakıda dəhşətli qəza: 4 yaşlı uşaq yük avtomobilinin təkərləri altında qalaraq hissələrə bölündü - VİDEO - 26 Sentyabr 2017, 14:45
ATV-nin prezidenti işdən çıxarıldı, yerinə təyinat oldu - Yeni prezidentdən ilk AÇIQLAMA - 26 Sentyabr 2017, 14:30
İlahiyyatçıdan qız atalarına şok sözlər: “Dar şalvar geyinməsinə icazə verirsən ki, hamı arxasına baxsın?” (VİDEO) - 26 Sentyabr 2017, 14:00
Bakıda sərnişin avtobusunda təhlükəli anlar- Gənc qız ölümlə üz-üzə qaldı (VİDEO) - 26 Sentyabr 2017, 13:41
"İynə vurdu, uşaq əlimizdə keçindi" - Xəstəxanada ölən 6 yaşlı uşağın nənəsi danışdı - VİDEO - 26 Sentyabr 2017, 13:23
Saxlanılan "gey"lərin 16 nəfərində QİÇS və siflis aşkarlanıb - RƏSMİ - 26 Sentyabr 2017, 13:11
Kürdüstan referendumunun nəticələri - 93 faizdən çox "hə" dedi - 26 Sentyabr 2017, 12:59
Azərbaycanda məmur kürd referendumunu dəstəklədi - Barəsində araşdırma başladı - 26 Sentyabr 2017, 12:46
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10