00:02 şənbə, 21 Aprel 2018
İQTİSADİYYAT

Azərbaycanda ən çox satılan avtomobil hansıdır?

21:58, 09.11.20172362
Azərbaycanda ən çox satılan avtomobil hansıdır?
Böyük Britaniyanın "Park Indigo" şirkəti dünyada ən populyar avtomobillərin siyahısını açıqlayıb.
 
AZXEBER.COM "APA-Economics"ə istinadən xəbər verir ki, müvafiq infoqrafika şirkətin saytında dərc olunub.
 
"Toyota Hilux" markalı avtomobil dünyanın 25 ölkəsində ən çox satılan avtomobildir. İkinci yerdə "Volkswagen Golf" markalı avtomobil qərarlaşıb ki, ona daha çox Avropa ölkələrində tələbat var. İlk üçlüyə daxil olan "Toyota Land Сruiser" daha çox Afrika və Yaxın Şərqdə məşhurdur.
 
Şimali Amerikanın dəyişməz lideri "Ford F-150" markalı avtomobildir.
 
Tədqiqatlara əsasən, Rusiyada ən çox satılan avtomobil ünvanını "Hyundai Solaris" qazanıb.
 
Azərbaycanda ən çox satılan avtomobil "LADA 4x4"-dür.
0
XƏBƏR LENTİ