13:05 çərşənbə, 20 Noyabr 2019
SOSİAL

Azərbaycanda ər 44 yaşlı arvadına işgəncə verdi

17:07, 15.10.20196027
Azərbaycanda ər 44 yaşlı arvadına işgəncə verdi
Qəbələ rayonunda ailə münaqişəsi qanla nəticələnib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Solqıca kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Eyvazova Xalidə Süleyman qızı bədənin müxtəlif nahiyələrində qançır, yanıq və çapıq xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Dörd uşaq anası olan X.Eyvazovaya ailədaxili münaqişə zamanı həyat yoldaşı Dəmir Eyvazov tərəfindən işgəncə verildiyi bildirilir.

Qadın uzun müddət işgəncəyə məruz qaldığını bildirib.

Faktla əlaqədar Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanıb. İşgəncədə adı hallanan Dəmir Eyvazov polis tərəfindən saxlanılaraq izahatı alınıb.
XƏBƏR LENTİ