21:29 Bazar Ertəsi, 20 May 2019
GƏNCLİK

"Azərbaycanda gənclər siyasəti dünyada bir nümunədir"

13:56, 15.02.20192302

"Azərbaycan Prezidenti İlham Əliyev Real televiziyasına müsahibəsinə haqlı olaraq bildirdi ki, "gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var”. Bu həqiqətən də Azərbaycanda gənclər siyasəti dünyada nümunəvi bir siyasətə çevrilib. Bu siyasəti quran, ərsəyə gətirən isə cənab Prezidentimiz İlham Əliyev olub”. Bu sözləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, dövlətimiz tərəfindən gənclərin hərtərəfli inkişafı üçün bütün şərait yaradılıb: "Ötən gün cənab Prezidentin Sərəncamı ilə ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılması, eləcə də təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması və s. hamısı Azərbaycan dövlətinin gənclərinə olan etimadıdır və inamıdır. Çünki Azərbaycan gəncliyinin ən böyük himayədarı ölkə başçısıdır.

Təbii ki, bu ali təhsil də bir insanın, cəmiyyətin gələcəyi üçün vacib şərtlərdən biridir. Cənab Prezident çıxışlarında hər zaman deyib ki, gənclər Azərbaycanın müstəqilliyini qorumalıdırlar və ölkəmizin gələcək inkişafına töhfə verməlidirlər. Ölkə başçısının Beylaqan şəhərinə səfəri, Olimpiya Kompeksinin açılışını etməsi, idmançılarla görüşməsi və s. hamısı həm gəncləri fiziki, mənəvi tərəfdən, həm də təhsil, elm baxımından dəstək olmasının göstəricisidir”.

XƏBƏR LENTİ