09:10 çərşənbə, 19 Iyun 2019
Maqazin

Azərbaycanda jurnalist həyatından film çəkildi - FOTOLAR

14:40, 09.01.20193267
Azərbaycanda jurnalist həyatından film çəkildi - FOTOLAR

Sevilən və reytinqli serialların ssenari müəllifi və aktyor kimi tanınan Valeh Əhmədov ilk bədii filmi ilə tamaşaçıların qarşısına çıxacaq. Rejissoru və ssenari müəllifi olduğu "Kişi Ol” ilin ilk dram filmi olacaq.

 

AZXEBER.COM xəbər verir ki, yanvarın 26-sından "Park Cinema”larda izləyə biləcəyiniz film sözün yaxşı mənasında sizi təəccübləndirəcək.

Dünya film praktikasında olduğu kimi, "Kişi Ol” filmi bir neçə mövzunu bir xarakter ətrafında birləşdirir. Bu xarakter isə yazıları ilə Mətbuat Şurasının və həmkarlarının hörmətini qazanmış Jurnalist Mübarizdir. Bir biznesmen tərəfindən təhdid olunan Mübariz bir məqaləni yazmamalıdır, yazarsa da ailəsini itirməlidir. Mübariz bu vəziyyətdən necə çıxacaq?

Zövqlü və zövqsüz jurnalistlərin həyatından, sosial şəbəkələrdə əziyyət çəkən məşhurlardan, sənətkarlarla sənəti olmayanlardan bəhs edən, populyar və sevimli olmağın, qışqırmaqla oxumağın, mədəniyyət və mədəniyyətsizliyin fərqini ortaya qoyan filmdir "Kişi Ol” filmi.

Çəkilişlər Bakı və İsmayıllıda olub. Filmdə Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, tanınmış aktyorlar Tural Baxış, Fəridə Şahbazova, Kamil Nazim, Aysel Nasir, Xatirə Süleymanova, Flora Hüseynli, Vaqif Kərimov, Elvin Ağayev, Elsevər Mehdizadə, Sənan Əlləz, Əli Əlizadə, Cavanşir Məhərrəmov, Namiq Məna, Erkin Ergin, Sabir Samiroğlu, Namis Şirməmmədov və digərləri rol alıblar.

 

 

 

 

 

 

 


 

XƏBƏR LENTİ