13:55 Bazar Günü, 15 Dekabr 2019
SOSİAL

Azərbaycanda kişi azyaşlı qıza avtomobilində təcavüz etdi - MƏHKƏMƏ

16:02, 12.11.20192656
Azərbaycanda kişi azyaşlı qıza avtomobilində təcavüz etdi - MƏHKƏMƏ
Ali Məhkəmədə azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Əlibala Zeynalovun barəsində olan hökmdən zərərçəkmişin qanuni nümayəndəsi tərəfindən verilən kassasiya şikayətinə baxılıb. 

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Zeynalov 11 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək barədə hökm çıxarıb.

Hökmdən narazı qalan zərərçəkmiş S.M-nın (ad, soy adı şərti) qanuni nümayəndəsi apellyasiya şikayəti və dövlət ittihamçı isə apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi Ə.Zeynalovun cəzasını 11 ildən 12 ilə qaldırıb. Daha sonra zərərçəkmişin qanuni nümayəndəsi kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək, məhkuma daha ağır cəza verilməsini istəyib. 

İttiham aktına əsasən, hadisə 2018-ci ildə Saatlı rayon ərazində baş verib. Belə ki, 1972-ci il təvəllüdlü Ə.Zeynalov qohumu, 2006-cı il təvəllüdlü (həmin il qızın 12 yaşı olub) S.M.-ni avtomobil ilə qızın təhsil aldığı orta məktəbdən götürüb, bibisinin evinə apararkən özünə məxsus çöl əkin sahəsinə gətirib. O, 12 yaşlı qızın özünü və atasını öldürməklə hədələyib, onun paltarını soyundurub və qeyri-təbii yolla cinsi əlaqədə olub.

Bundan başqa, o, yenidən 2018-ci ilin aprel ayının əvvəlində S.M-ni avtomobili ilə nənəsinin evinə apararkən qızın özünü və atasını öldürməklə hədələyib. Ə.Zeynalov avtomobilin salonunda ona seksual xarakterli zorakılıq hərəkətləri edib. 

Z.Zeynalov daha sonra 12 yaşlı qızı şəkillərini internetdə yayacağı ilə hədələyib, ona seksual xarakterli hərəkətlər edib.
 
///Oxu.Az
XƏBƏR LENTİ