11:09 çərşənbə, 24 Iyul 2019
SOSİAL

Azərbaycanda kişini şantaj edib 1000 manatını aldılar

15:04, 07.05.20192791
Azərbaycanda kişini şantaj edib 1000 manatını aldılar
Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etdiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, müraciətlə əlaqədar keçirilən əməliyyat tədbirləri ilə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır. 
XƏBƏR LENTİ