04:32 Bazar Günü, 22 Aprel 2018
SOSİAL

Azərbaycanda uşaqlara qoyulmasına icazə verilən qəribə adlar: Amangəldi, Cudi, Curuş...

15:25, 13.02.20181752
Azərbaycanda uşaqlara qoyulmasına icazə verilən qəribə adlar: Amangəldi, Cudi, Curuş...

Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən qəribə adlar açıqlanıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, adlar siyahısında Atabərk, Aycan, Alak, Amangəldi, Cudi, Cumar, Curuş kimi kişi, Axirə, Anacan, Arıqız, Ayca, Ayda, Aysadə, Ayqan, Balı, Balış kimi qadın adları yer alıb.

Valideynlər övladlarına Abaqa, Abdar, Abdil, Abdulşir, Ablı, Absalat, Acaralp, Adıbaba, Adıbala, Adıgün, Adlıbəy, Ağamal, Akim kimi kişi, Abayət, Abıtel, Adaxanım, Adıdan, Afəridə, Afiliyə, Afrizə, Aftab, Ağanənə, Ağçiçək, Ağnur, Ağnurə, Ağanurə kimi qadın adları da qoya bilərlər.

Adlar siyahısında Atabərk, Ataqardaş, Ataulla, Ayman, Aləmgir, Amanulla, Amiyət, Anlar kimi kişi, Ağtab, Akça, Akpinar, Alabikə, Aldona, Aleftina, Aləmara, Aləməfruz, Aləmsuz, Alnarə, Alyanaq, Anabacı, Aybacı, Anatac, Anayə, Aniyə, Arasiyyə, Arasta, Ayat, Aysalı, Aytamam, Ayulduz, Aynaisə, Aznurə kimi qadın adları da yer alıb.

 

Körpələrə Bağdasər, Balaman, Bayel, Bilən, Bilgər, Birnur, Borazan, Bozər, Calib, Carər, Cavlı, Cəsarətdin, Cövzalı kimi kişi, Bacıgül, Badamnar, Badəgül, Baxçagül, Bağdaxanım, Balacaxanım, Başxanım, Bəyanə, Cəbirə (zor işlətmə), Cəbriyyə, Cəzanə (təngə gəlmək), Cığalı kimi qadın adları da qoyula bilər.


0
XƏBƏR LENTİ