19:52 çərşənbə Axşamı, 20 Fevral 2018
MARAQLI

Azərbaycanda körpələrə verilən adlar: Gümüşxan, İncisu, Dəmirçi...

16:16, 25.08.2017391
Azərbaycanda körpələrə verilən adlar: Gümüşxan, İncisu, Dəmirçi...

Azərbaycanda neçə körpəyə qiymətli metal və daş-qaş adı qoyulduğu məlum olub. 

Son beş ildə doğulan 3301 körpəyə İnci (mirvari mənasında) adı verilib.

Bu il ərzində isə artıq 434 körpəyə İnci adı qoyulub. 

Bu il doğulan körpələrdən 3-nə Gümüş (son beş ildə 49), 7-nə Altun (son beş ildə 60), 2-nə Qızıl, 64-nə Zümrüd (son beş ildə 628), 1-nə Briliyant (son beş ildə 3), 22-nə Almaz (son beş ildə 226), 11-nə Mirvari (son beş ildə 120), 16 körpəyə Zinyət (son beş ildə 104) adı verilib.

Bundan əlavə, son beş ildə 62 körpəyə Qızılgül, 165-nə Yaqut, 714-nə Firuzə, 16 körpəyə Zinyət adı qoyulub.

Eyni zamanda, siyahıda Zinyətxanım, Gümüşxan, Altunay, Altunər, Qızılşan, Qızılgül, Zümrüdxanım, İncinur, İncinaz, İncisu, Firuzənur, Firuzəxanım, Almazxan, Dəmir, Dəmirəl, Dəmirçi kimi adlar da yer alıb. 

///report
0
XƏBƏR LENTİ