13:16 şənbə, 25 May 2019
SOSİAL

Azərbaycanda məhbus daşıyan maşın qəzaya düşdü - iki polis yaralandı

17:34, 15.05.20194955
Azərbaycanda məhbus daşıyan maşın qəzaya düşdü - iki polis yaralandı
Qaxda məhbus daşıyan maşın minik avtomobili ilə toqquşub.

AZXEBER.COM ONA-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil "Mercedes" markalı minik maşını ilə toqquşub. Nəticədə məhbus daşıyan maşında olan iki polis əməkdaşı xəsarət alıb. Onlar Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alan polislər Balakən rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ