22:53 çərşənbə, 16 Yanvar 2019
SOSİAL

Azərbaycanda məktəb yanır - Şagirdlər təxliyə edildi

10:47, 11.01.20192339
Azərbaycanda məktəb yanır - Şagirdlər təxliyə edildi
Mingəçevir şəhərində orta məktəbdə yanğın olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə məktəbin ikinci mərtəbəsindəki paylayıcı şitdə qısaqapanma nəticəsində baş verib.

Məktəbin 10-cu sinif şagirdlərindən biri yanğınsöndürmə balonu ilə yanğını qismən neytrallaşdırıb. Bundan sonra şagirdlər təxliyə olunub.

Hadisə yerinə FHN-nn üç yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstüdən narahatlıq keçirən şagirdlər evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ