05:40 Bazar Ertəsi, 18 Iyun 2018
MƏDƏNİYYƏT

Azərbaycanda mürəbbə festivalı keçiriləcək

16:47, 21.08.2017502
Azərbaycanda mürəbbə festivalı keçiriləcək
26 avqust tarixində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək.
 
AZXEBER.COM-un məlumatına görə, festivalda 25 xarici ölkə komandası, Azərbaycanın 35-ə yaxın bölgəsi və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr, Ümumdünya Kulinariya Təşkilatının (WACS) prezidenti Tomas Gugler, Ümumdünya İslam Kulinariya Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali Trobolisinin iştirakı nəzərdə tutulur. Respublikamızın mədəniyyətinin və milli kulinariyasını təbliğ etmək məqsədilə Qəbələ mürəbbə festivalında şirniyyatçılar tərəfindən fərqli mürəbbə çeşidləri hazırlanıb rayona səfər edən yerli və xarici qonaqlar üçün nümayiş olunacaq.
 
Xatırladaq ki, artıq 5-ci dəfə keçiriləcək Qəbələ Mürəbbə Festivalında iştirak edən xarici ölkələrin nümayəndələrinin sayının ildən-ilə çoxalması ölkəmizin, o cümlədən Qəbələnin beynəlxalq nüfuzunun artmasına və turizmin inkişafına səbəb olur.
 
XƏBƏR LENTİ