19:36 şənbə, 21 Sentyabr 2019
İQTİSADİYYAT

Azərbaycanda neft məhsullarının istehsalı azalıb

14:44, 28.12.2012921
Azərbaycanda neft məhsullarının istehsalı azalıb

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarına nisbətən ölkədə istehsal olunmuş neft məhsullarının həcmi 3,9% azalıb.

Hesabat dövründə avtomobil benzinin istehsalı 0,6% artaraq 1 181,4 min tona, ağ neftin istehsalı 2,4% artaraq 579 min tona, neft bitumunun istehsalı isə 11,6% artaraq 269 min tona çatıb. 

Bununla yanaşı, dizel yanacağının istehsalı 4,4%  azalaraq 2 169,9 min ton, sürtgü yağlarının istehsalı 29,5% azalaraq 60,1 min ton, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı isə 30,2% azalaraq 136,1 min ton olub. 

Qeyd edək ki, neft emalı müəssisələrinin anbarlarında 42,9 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 15,6%-i qədər hazır məhsul qalıb.

XƏBƏR LENTİ